İnsanlara hürriyət, millətlərə istiqlal!

AQTA ixrac üçün nəzərdə tutulan 122 tondan çox dəri tullantısında infeksiya törədicisi aşkarlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ixrac üçün nəzərdə tutulan 122 tondan çox dəri tullantısında infeksiya törədicisi aşkarlayıb.

Musavat.com xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Qeyd olunub ki, ixrac üçün nəzərdə tutulmuş "Seyfulla & Kövsər" MMC-nin istehsal etdiyi 24,5 ton və "Akyol İnternational" MMC-nin istehsal etdiyi 98 ton dəri tullantısından götürülən nümunələrin laborator müayinəsi nəticəsində məhsullarda təhlükəli zoonoz infeksiya törədicisi aşkarlanıb.

Faktla bağlı müəssisələrə dəri qəbuluna və sexlərin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq olunub, digər sexlərdə olan dərilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Uyğunsuzluq aşkarlanmış məhsul partiyalarının məhv edilməsi barədə qərar qəbul olunub.

Araşdırmalar davam etdirilir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR