Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Məşhur aktrisa Hande Erçel, reklam siması olduğu geyim markası ilə altıncı dəfə əməkdaşlıq müqaviləsi bağlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu il marka ilə 30 milyon TL tələb edən Erçel, uzun müzakirələrdən sonra 20 milyon TL-lik təklifi qəbul edib.
Hande Erçel, 2021-ci ildə 1,5 milyon TL, 2022-ci ildə 5 milyon TL, 2023-cü ildə 8 milyon TL və 2024-cü ildə 10 milyon TL müqabilində eyni marka ilə müqavilələr imzalayıb. Son beş ildə bu əməkdaşlıqlardan toplam 50 milyon TL qazanıb.
Müqavilə imzalandıqdan dərhal sonra Erçel, markanın 2025-ci il Bahar/Yay kolleksiyası üçün kamera qarşısına keçib. Onun öz dizaynı olan bu kolleksiya, sosial mediada böyük maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.
18 Aprel 2025
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ