İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Nikolu “SINDIRDI”: Lavrovun əlində Paşinyanın ÖZƏL VİDEOSU, “maskalı it” sözü: ermənilər AYAQDA

Ötən gün Moskvada keçirilən MDB Dövlət Başçıları Sammindən Ermənistan Baş naziri Nikol Paşinyanın yayılan fotoları erməni mediasında isterika ilə qarşılanıb.

Erməni mediası Paşinyanın Azərbaycan bayrağı önündə baş əyməsi, eyni zamanda Azərbaycan lideri İlham Əliyevin qarşısında başını əyərək, pencəyini “düzəltməsi” təəssüratı yaradan fotoların erməni baş naziri aşağılamaq üçün yayıldığını iddia edirlər.

Bildirilib ki, bu fotoları Rusiya prezidentinin fotoqraflarından olan Kristina Kormilitsina çəkib və yayıb. Onun bu fotoları yaymaqda məqsədi də Paşinyanı miskin göstərməkdir.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Kristina Kolminitsina Rusiya Dövlət Sosial Universitetində jurnalist, sonra isə Moskva Dövlət Universitetində fotojurnalist ixtisası üzrə təhsil alıb. 2015-ci ildə Rusiyanın ən yaxşı fotoqrafı seçilib. O, həmçinin Qarabağ münaqişəsi haqda çəkdiyi filmlə tanınır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada bu yaxınlarda keçirdiyi görüşdə erməni həmkarı Ararat Mirzoyana kvadroberlərlə (özlərinə quyruq, üzlərinə maska taxıb, ayaq və əlləri üstə gəzən adamlar – red.) bağlı verdiyi gözlənilməz sualının arxasında nə dayandığını açıqlayıb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, Moskva görüşü ərəfəsində Lavrovla Ermənistanın xarici işlər naziri Mirzoyan arasında qeyri-rəsmi söhbət zamanı kvadroberlər mövzusu gündəmə gəlib.

Lavrov həmkarından soruşub ki, “Sizdə kvadroberlər varmı? Bunlar it kimi geyinib, “dördayaq” gəzən uşaqlardır. Bu, indi əsas xəbərlərdən biridir”. Mirzoyan isə bunu görmədiyini, lakin sözügedən fenomenin təbiəti ilə tanış olduğunu bildirib. Ermənistan səfiri Qurgen Arsenyan da öz növbəsində əlavə edib ki, Avropada bu fenomen artıq gender kimliyinin bir hissəsi kimi qəbul edilir.

Bu gözlənilməz söhbət bir anda sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Rusiyalı jurnalist Pavel Zarubin Lavrovdan vacib danışıqlar öncəsi niyə belə qeyri-adi məsələ qaldırdığını soruşub. Lavrov təbəssümlə belə cavab verib:

“Bu yaxınlarda ananın uşağı iplə aparması ilə bağlı videoya baxdım və “görəsən Ermənistanda belə hallar yayılıbmı” deyə maraqlı gəldi”.

Lavrov kvadroberlərə qadağa qoyulmasının zəruriliyi barədə suala cavab olaraq qeyd edib ki, bu, artıq qanunvericilərin yurisdiksiyasındadır.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız millət vəkili Fazil Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR