İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ABŞ-a birbaşa hava əlaqələrinin bərpasını təklif etdi - İstanbul görüşündən DETALLAR

Rusiya XİN-in məlumatına görə, Rusiyanın Türkiyənin İstanbul şəhərində ABŞ ilə keçirdiyi danışıqlarda birbaşa hava əlaqələrinin bərpası təklifi irəli sürülüb.

Musavat.com-un məlumatına görə nazirlikdən bildirilib ki, görüş zamanı həmçinin Rusiya və ABŞ-ın diplomatik missiyalarının fəaliyyətinin qarşılıqlı əsasda maliyyələşdirilməsi və diplomatların xidməti vəzifələrini yerinə yetirməsi üçün şəraitin yaradılması məsələləri razılaşdırılıb.

Rusiya və ABŞ arasında İstanbulda keçirilən danışıqların konstruktiv və işgüzar bir mühitdə keçdiyi və bu dialoq kanalının davam etdirilməsi barədə razılığa gəlinib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR