Onlayn ictimai-siyasi qəzet
"Liatris Holdinq"in rəhbəri Ruhiyyə Əliyeva hazırda səhhətindəki problemlərə mübarizə aparan görkəmli şair Məmməd İsmayılla bağlı paylaşım edib.
Musavat.com olay.az-a istinadən xəbər verir ki, iş xanımı bununla bağlı Feysbuk səhifəsində status paylaşıb:
"Dostlar, bir məsələyə diqqətinizi çəkmək istəyirəm. Çox vaxt insanlara sağlığında qiymət verməyi bacarmırıq. Kimsə ölən kimi bizim gözümüzdə böyüyür, ucalır. Onun haqqında yaxşı danışırıq, tərif edirik, böyük alim, yazıçı, şair və ya bəstəkar deyirik. Amma sağlığında qiymət verməyi bacarmırıq. Bu yerdə hamınızın diqqətini türk dünyasının böyük şairi Məmməd İsmayılın üzərinə çəkmək istəyirəm. Məmməd müəllimi şəxsən tanıyıram, onun şeirlərini öz dilindən böyük sevgi və qürurla dinləmişəm.
Bu böyük şəxsiyyət bütün ömrünü ədəbiyyata, türkçülüyə və mədəniyyətə həsr edib. Ömrünün ahıl çağında olan qocaman şair xəstəliklə mübarizə aparır. Hamımız onun üçün duaçıyıq. Bu günlərdə Məmməd İsmayıla "Xalq şairi" adının verilməsini çox istəyərəm. Mən ümid edirəm ki, Məmməd müəllim üçün bu adın verilməsi çox sevindirici bir xəbər olar. Onsuz da bu nəhəng ədəbiyyat adamını xalqımız sevir və hörmət edir. Gəlin, sağlığında qiymət verək ona".
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ