İnsanlara hürriyət, millətlərə istiqlal!

Roma papasının sülh planında Vahid Ələkbərovun adı

Döyüşlərin şiddətləndiyi vaxtda II Fransiskin Ukrayna münaqişəsinin həlli planının bəzi detalları mediaya sızdırıldı; azərbaycanlı milyarderlə Vatikanı nə birləşdirir?

Vatikanın dünyadakı istənilən münaqişəyə baxışı əslində tənqidə dözümsüzdür. Roma papası II Fransisk 2014-cü Qarabağı "kiçik torpaq parçası" adlandırmış, ekofəlların aksiyasında “Laçın dəhlizində yaranmış vəziyyətdən, xüsusilə qış mövsümündə əhalinin ağır humanitar vəziyyətindən narahatam” demiş, ermənilər Qarabağdan könüllü köçüb gedəndə isə bunu “zorakı köçürülmə” adlandırmış, Azərbaycanı “bölgədə qalan məbəd və dini yerləri qorumağa” çağırmışdı.

2020-ci ilin fevralından başlayan Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına çağırış edənlərdən biri də katoliklərin ruhani lideridir. Onun bu ilin martında Ukraynanı “münaqişədə uduzan tərəf” adlandırması və Kiyevi məğlubiyyəti etiraf etmək üçün “ağ bayraq qaldırmağa” cəsarətə səsləməsi dünyada ciddi reaksiya doğurmuşdu. Zelenski Fransiski Ukraynadakı münaqişədə “virtual vasitəçi” adlandırmış, xarici işlər naziri Kuleba isə “Ukraynanın öz bayrağı var və başqalarını qaldırmayacaq” demişdi.

Son günlər Ukrayna Donbas cəbhəsində bir-birinin ardınca şəhər və qəsəbələri itirməkdədir, Rusiya isə Kursk və digər iki sərhədyanı bölgələrdə mövqe döyüşləri aparır. Ukraynanın ən müxtəlif şəhərləri də dağıdıcı raket hücumlarına məruz qalır. Proqnoz vermək çətindir, amma sanki yeni bir gözlənilməz parlayış, dönüş olacaqmış kimi hadisələr yetişir. Belə bir məqamda isə medaya Roma papasının sülh planı sızdırılıb. Zaman seçimi təsadüf də ola bilər, düşünülmüş plan da...

Roma Papasının Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün öz planını hazırladığı haqda çoxdan danışılır, amma orada nələr var, bilən yox idi. Aydındır ki, Roma papası nə siyasətçi, nə hərbçidir ki, ortaya münaqişənin siyasi həlli yolunu(məsələn, “Annan planı”, “Lavrov planı” və s.) və ya qoşunların geri çəkilməsini əks etdirən yeni xəritə cızıb qoysun. Papa ruhanidir və onun sülh planı münaqişənin həllində humanitar böhranın həllinə kömək edə bilər. Onun bu sülh planın keçiriləcəyi sual altında olan ikinci Ukrayna sülh sammitində açıqlayacağı deyilirdi, amma bu planın bəzi tezisləri dediyim kimi mediaya sızdırılıb. Gözlənildiyi kimi, sülh planı 4 bənd olmaqla humanitar məsələləri əhatə edir. 

15635723146491952140_1200x630.jpg (236 KB)

Ən əvvəl Müqəddəs Taxt-tac valideynlərinin (qanuni qəyyumlarının) müvafiq razılığı olmadan Ukraynadan çıxarılan bütün yetkinlik yaşına çatmayanların ölkəsinə qaytarılmasını istəyir.

Papa planının növbəti bəndi bütün hərbi əsirlərin qarşılıqlı mübadiləsidir, lakin onların sonradan bu münaqişədə iştirak etməməsinə həm Rusiya, həm də Ukrayna yazılı zəmanət verməlidir.

Üçüncü bənndə Rusiya və Ukraynaya müharbə zamanı hakimiyyətin mövqeyini tənqid etdiyinə görə məhkum edilmiş şəxslərin eyni vaxtda azad etmək təklif edilir. 

Nəhayət, Fransisk Qərb ölkələrinin Ukrayna ərazisindəki münaqişədə birbaşa iştirak etməyən rusiyalı oliqarxlarının qohumlarına qarşı sanksiyaları ləğv etməyi təklif edir. Bu bənd çox maraqlıdır və həqiqətdirsə, yəqin ki, heç də sırf humanitar xarakter daşımır. 

maxresdefault.jpg (87 KB)

Vatikandakı mənbənin dediyinə görə, oliqarxların sanksiyaya məruz qalmış belə qohumların sayı 12-dən çox deyil. İndi adlara diqqət edək: milyarder Əlişir Usmanov və Vahid Ələkbərov. Qeyd olunur ki, sanksiyalara məruz qalan Usmanovun bacısı və Ələkbərovun qohumlarının (onların kimliyi isə açıqlanmır) bəziləri Özbəkistan və Azərbaycan vətəndaşlarıdır. Vatikan hesab edir ki, onların sanksiyalardan azad edilməsinin ciddi nəticəsi olmayacaq, lakin bu, “xoş niyyət jesti” kimi mühüm simvola çevriləcək. 

134333974-22f5da46-6072-4539-9abd-593cff685818.jpg (52 KB)

Əlişir Usmanov

Əlbəttə, bu adlar üzərinə fokuslanmamaq da olar, amma razılaşaq ki, bir neçə oliqarxın qohumlarının sanksiya siyahısından çıxarılması təklifinin Ukrayna üçün sülh planına salınması da bir qədər qəribə görünür və suallar doğurur.

Hər iki oliqarxın sanksiyalar altında olduğu dəqiqdir, Usmanov hətta bu qadağaları qanunsuz hesab edərək beynəlxalq məhkəmələrə də müraciət edib. “Lukoil”dəki prezident vəzifəsindən istefa versə də, şirkətin səhmlərinə nəzarət edən Vahid Ələkbərova gəlincə, o, Rusiyanın ən varlı adamları siyahısında birinci sırada qalmaqdadır. 

SON ABZAS.jpg (145 KB)

Hər iki rusiyalı oliqarx müsəlman kökənlidir, amma belə görünür ki, Vatikana zaman-zaman maddi yardım edirlər ki, indi onlara Roma papası belə dəstək çıxıb. Bəllidir ki, kilsənin də qapısı (kisəsi) dini baxışlarından asılı olmayaraq oliqarxların maddi yardımlar üçün həmişə açıqdır.

İstənilən müharibədə qazananlar çox olur, Roma papasının da sülh planı hazırlayıb belə fikirə düşməsi təəccüblü deyil.

Savaşda itirənlərə yazıq...

 

Nazim SABİROĞLU
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR