Onlayn ictimai-siyasi qəzet
“Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” fraksiyasının deputatları dünəndən Byurakanda, “Amberd” hotel kompleksindədirlər. Onlar ölkədəki vəziyyəti və öz hərəkətlərini müzakirə edərək tətillərinin son günlərini birlikdə keçirmək qərarına gəliblər. Bu görüşlərdə bir qayda olaraq Robert Köçəryan da iştirak edir”.
Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Bu dəfə toplantı parlamentin payız sessiyası ərəfəsində qanunverici orqanın görəcəyi işləri müzakirə etmək üçün təşkil edilib. Müzakirə mövzularından biri də Nikol Paşinyan hökumətinin düşürülməsi, keşiş Baqrata dəstək verilib-verilməməsi olub.
Əldə olunan məlumata görə, fraksiya tam tərkibdə iştirak edib, müzakirələrə Robert Köçəryan, Seyran Ohanyan və İşxan Saqatelyan qatılıb. Qəzet bununla bağlı fraksiya üzvü Aqnesa Hamoyanla qısaca danışa bilib. O isə suallara cavab verə bilməyəcəyini söyləyib.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ