Onlayn ictimai-siyasi qəzet
"Mənim adımın Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidentləri siyahısından çıxarılması düzgün deyil. Hesab edirəm ki, bu, özbaşınalıqdır".
Musavat.com xəbər verir ki, bunu "Unikal"a açıqlamasında AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev deyib.
"Onların bunu etməyə ixtiyarı yoxdur. Bu, qanun pozuntusudur", - deyə o əlavə edib.
Qeyd edək ki, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin adı akademiyanın saytında sabiq prezidentlərin siyahısından çıxarılmışdı.
Musavat.com
12 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ