İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Putinin dəvətinə cavab verdi: “Moskva dəvəti əslində...”

Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin onu Moskvaya dəvət etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Zelenski Parisdə Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında çıxışı zamanı qeyd edib ki, ABŞ tərəfdaşları ona Putinin belə dəvət göndərdiyini çatdırıblar.

“Amerikalı tərəfdaşlarımız bizə dedilər ki, Putin məni Moskvaya dəvət edib. Mən isə hesab edirəm ki, əgər kimsə görüşün baş tutmamasını istəyirsə, onda məni Moskvaya dəvət etməlidir. Ona görə də düşünürəm ki, Rusiya görüşdən danışmağa başlayıbsa, bu artıq pis deyil. Amma hələlik onların müharibəni bitirmək istəklərini görmürük. Belə yüksək səviyyəli görüşlərə dövlət başçıları konkret nəticələrlə çıxmalıdırlar. Və ən arzuolunan nəticə müharibənin dayandırılmasıdır”, – deyə Zelenski bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR