İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya nümayəndə heyəti Azərbaycana gəlir

Rusiya nümayəndə heyəti MDB Oyunları ilə əlaqədar Azərbaycana səfər edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Mixail Deqtyarev danışıb.

Nazir bildirib ki, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ona dəvət ünvanlayıb.

Mixail Deqtyarev Rusiya Olimpiya Komitəsinin prezidenti seçildi » Son  xəbərlər,Azərbaycanda və Dünyada ən aktual hadisələr 1Xeber.media Xəbər  Saytında

“Nümayəndə heyətimiz Bakıya səfərə hazırlaşır. Orada MDB Oyunları keçiriləcək. Azərbaycanın idman naziri cənab Qayıbov məni şəxsən dəvət edib. Lakin öz səfərimlə bağlı qərarı ayrıca verəcəyəm”,-deyə Mixail Deqtyarev bildirib.

Qeyd edək ki, III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq. Yarışlar 23 idman növü üzrə 12 məkanda keçiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR