Onlayn ictimai-siyasi qəzet
Gələn həftə ABŞ-dən müxtəlif dairələrin nümayəndələri Ermənistana səfər edəcək.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
“Məsələyə yaxından bələd olan hakimiyyət yönlü mənbələr bizə bildirdilər ki, səfərin gündəliyi ictimai müstəvidə «Trampın 42 kilometrlik dəhlizi» kimi tanınan proqramla bağlıdır. Amerikalı qonaqlar yalnız dəhlizin texniki və siyasi detallarını deyil, həm də investisiyaların həcmini, prioritetləri və tikinti işlərinin başlanma müddətini müzakirə edəcəklər. Mənbənin sözlərinə görə, səfərin məqsədi artıq paraflanmış Tramp–Əliyev–Paşinyan memorandumunun praktik həyata keçirilməsinə yönələn addımların ardıcıllığının dəqiqləşdirilməsidir”, – deyə, qəzet yazır.
Hazırda rəsmi mənbələr nə səfərin detalları, nə də gündəliyi barədə açıqlama vermir. Lakin qəzetin məlumatına görə, müzakirələr qapalı formatda keçiriləcək və qəbul ediləcək qərarlar regionda yeni yol reallığının formalaşması ilə birbaşa bağlı olacaq.
Musavat.com
05 Sentyabr 2025
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ