İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalstanyan Paşinyanı məhkəməyə verdi

Revanşist “Vətən uğrunda Tavuş” hərəkatının lideri, keşiş Baqrat Qalstanyan baş nazir Nikol Paşinyana qarşı iddia qaldırıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Qalstanyan iyulun 15-də Müqəddəs Anna kilsəsinin həyətində tərəfdarları ilə görüşündə Paşinyana qarşı iddia qaldırmağın əsaslarını qeyd edib:

“Mən şəxsən bu şərlə (Paşinyanı deyir - red.) bağlı məhkəmə prosesinə başlayacağam. Məlum olur ki, bu qalstuklu dəccal parlamentdə mənə böhtan atır”, - deyə o bildirib.

Məhkəmə iddianı icraata qəbul edib, işə hakim Malvina Arutyunyan baxacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR