Onlayn ictimai-siyasi qəzet
"Qalatasaray"ın qapıçısı Günay Güvenç futbolçulara psixoloji dəstəyin vacibliyini vurğulayıb.
Bu barədə futbolçu klubun rəsmi "YouTube" kanalına verdiyi açıqlamada bildirib.
Güvenç şəxsi həyatında neqativ enerjili insanları ətrafında saxlamağa çalışdığını bildirib: "Mən psixoloji dəstəyin çox vacib olduğunu düşünürəm. Amma bəzən bu dəstək ölkəmizdə fərqli görünür. İllərdir ki, alıram" .
Futbolçuların psixoloji dəstək almasının əhəmiyyətini qeyd edən Günay, "Öz zəifliklərinizi, nəyə ehtiyacınız olduğunu bilirsiniz. Mənim üçün psixoloji dəstək güclü olmaq deməkdir", - deyə əlavə edib. O, həmkarı Fernando Musleranı da tərif edərək, "Kaş əvvəllər birlikdə çalışsaydıq. Düşünürəm ki, bir-birimizə çox yaxşı idik" şərhini qeyd edib./Milli.az/
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ