İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin-Tramp görüşü ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Rusiya Prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Vaşinqtona səfərindən sonra açıqlama verib.

Musavat.com xəbər verir ki, Dmitriyevin sözlərinə görə, Rusiya ilə ABŞ arasında növbəti təmaslar gələn həftə baş tuta bilər.

Qeyd edək ki, keçmiş prezident Co Baydenin dövründə gərginləşən Rusiya - ABŞ münasibətləri Donald Trampın vəzifəyə gəlişindən sonra yaxşılaşmaqda davam edir.

ABŞ və Rusiya arasında ilk görüş fevralın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və ABŞ dövlət katibi Marko Rubionun başçılıq etdiyi nümayəndə heyətləri arasında baş tutub.

Növbəti görüş mart ayında Rusiyada keçirilib. İki ölkə rəsmiləri martın 24-də Səudiyyə Ərəbistanında yenidən bir araya gəlib. Ötən həftə Dmitriyev Vaşinqtona gedib və Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR