İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Əfəndini Rusiyaya buraxmadılar

Xalq artisti Miri Yusifin prodüseri Emin Əfəndi Rusiyaya buraxılmamasından danışıb.

Məşhur prodüser Musavat.com-a açıqlamasında bildirib ki, buna səbəb Rusiya ilə bağlı yazdığı məqalələrdir:

“Rusiyaya koorporativə gedirdik. Lakin Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti məni Azərbaycana geri qaytararaq, Rusiyaya keçməyimə icazə vermədi. “Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirsən” sualını verdilər. Mən də dedim bəli və burada bir qəbahət yoxdur. Dedilər, səni Rusiyaya buraxmırıq. Düşünürəm ki, bu mənim son aylar “Telegram” kanalımda Rusiya ilə bağlı etdiyim şərhlərlə bağlıdır.”.

Qeyd edək ki, “Dəyirman” qrupunun yaradıcısı Emin “Telegram” kanalında gündəmə uyğun olaraq müxtəlif sosial, siyasi və mədəni şərhlər verir.

Xəbəri ilk olaraq Olay.az saytı yayıb.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR