İnsanlara hürriyət, millətlərə istiqlal!

WSJ: "Zelenski razılaşıb - Avropa liderləri heyrətdə"

Musavat.com xəbər verir ki, The Wall Street Journal-ın Avropa rəsmilərinə istinadla yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında danışıqlarda ən kəskin mövzulardan biri “ərazilərin mübadiləsi” olub.

Məlumata görə, Zelenski bu məsələdə qəti imtina mövqeyi sərgiləməyib. O, sadəcə olaraq, Ukrayna Konstitusiyasında ölkənin ərazi bütövlüyünün müzakirə və güzəşt mövzusu edilməsini yasaqlayan müddəalara istinad edib. Qəzet yazır ki, Zelenski “Konstitusiya səbəbindən çətinliklərin mövcud olduğunu” bildirib və bununla da faktiki olaraq məsələni açıq şəkildə rədd etməyib.

Donald Tramp isə müharibənin tezliklə dayandırılması üçün kompromislərin qaçılmaz ola biləcəyini vurğulayıb. Onun mövqeyinə görə, “Ukraynanın müəyyən əraziləri mübadilə mövzusu ola bilər” və bu istiqamətdə razılaşma sülhün əldə olunmasına imkan yarada bilər.

Avropa rəsmilərinin qəzetə verdiyi açıqlamalarda bildirilir ki, Zelenskinin bu məsələni birbaşa qətiyyətlə rədd etməməsi Qərb diplomatiyasında təəccüb doğurub. Bəzi müşahidəçilər bunu Kiyevin zəifləyən mövqeyinin etirafı kimi görürlər. Onların fikrincə, müharibənin gedişatı Ukraynanı daha sərt mövqelərdən geri çəkilməyə məcbur edir.

Ukrayna cəmiyyətində isə hər hansı torpaq güzəşti ilə bağlı ehtimal ən kəskin müqavimətlə qarşılanır. Buna görə də Zelenskinin “ərazilərin mübadiləsindən imtina etməməsi” daxili siyasətdə yeni gərginliklərin yaranmasına zəmin yarada bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR