İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponlar Türkiyə PUA-ları ilə MARAQLANIR

Yaponiyanın müdafiə naziri Gen Nakatani bazar ertəsi Türkiyəyə səfər edəcək və burada hərbi əməkdaşlıq, o cümlədən pilotsuz təyyarələrin (PUA) istehsalı ilə bağlı məsələləri müzakirə edəcək.

Musavat.com xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. 

882919_src.jpg (111 KB)

Agentliyin məlumatına görə, Yaponiya quru qoşunları, donanma və hava qüvvələrinin geniş miqyasda PUA-larla təchiz edilməsində maraqlıdır.

Nakatani Türkiyəyə səfər edən ilk yapon müdafiə naziri olacaq. Tərəflər satınalma, birgə istehsal və texnologiya transferi kimi geniş spektrli məsələləri müzakirə edəcəklər. Nazir həmçinin Türkiyədə hərbi müəssisələrə, o cümlədən dəniz gəmiqayırma zavodlarına baş çəkəcək.

Yaponiya və Türkiyə həmçinin silahlı qüvvələr arasında təmasların intensivləşdirilməsinə razılıq vermək niyyətindədir. Nakatani səfəri çərçivəsində Yaponiya hərbi gəmiləri üçün təchizat məntəqələrinin yerləşdiyi İordaniya və Cibutiyəyə də səfər edəcək.

Yaponiya hökuməti gələn il orduda PUA-ların kütləvi istehsalı və yerləşdirilməsi üçün büdcədən 100 milyard yen (təxminən 680 milyon dollar) ayırmağı planlaşdırır. Hazırda Tokio bu sahədə geri qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR