Onlayn ictimai-siyasi qəzet
Ağ Evdə Ukrayna sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampın bu hərəkəti gündəm olub.
Musavat.com xəbər verir ki, Tramp, mikrofonunun bağlı olduğunu zənn edərək Fransa Prezidenti Emmanuel Makronun qulağına söykənərək Rusiya Prezidenti Vladimir Putindən danışıb.
Prezidentin sözləri bütün otağa yayılıb.
“Çılğın səslənir, amma Putin mənimlə sövdələşəcək”,-deyə Tramp bildirib.
Tramp Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə Rusiya-Ukrayna sülh prosesini müzakirə etmək üçün görüş keçirib. Görüşdən əvvəl Tramp mətbuata açıqlamasında Zelenski ilə bir sıra məsələləri müzakirə etdiyini, Putinə birbaşa zəng edəcəyini və Avropa liderləri ilə görüşdən sonra yenidən Rusiya lideri ilə əlaqə saxlayacağını bildirib.
Görüş zamanı Trampın mikrofon problemi həm siyasi dairələrdə, həm də sosial mediada böyük maraq doğurub.
Sözügedən görüntüləri təqdim edirik.
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ