Onlayn ictimai-siyasi qəzet
Türkiyənin TRT1 kanalında yayımlanan məşhur “Teşkilat” serialında baş roldakı dəyişiklik maraqla izlənilir.
Musavat.com xəbər verir ki, serialın əvvəlki baş rol ifaçısı Aybüke Pusat qovulduqdan sonra onun yerinə Rabia Soytürk gətirilib.
Gənc aktrisa serialda "Agent Hilal" obrazını canlandıracaq və yeni rolu üçün məşqlərə başlayıb. Soytürk serialdakı rolu üçün atıcılıq dərsləri alır və təlimatçılar onun bacarığını sürətlə inkişaf etdirdiyini bildirir.
“Teşkilat”ın yeni sezonunda qadın baş rolun kim olacağı uzun müddət müzakirə mövzusu idi. Aybüke Pusatın serialdan qovulması və Rabia Soytürkün gətirilməsi ilə serialdakı baş rol böhranı sona çatıb.
Rabia Soytürk atıcılıq məşqlərinə dair videoları sosial şəbəkədə paylaşaraq izləyicilərini yeni rolu ilə bağlı məlumatlandırıb.
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ