Onlayn ictimai-siyasi qəzet
Türkiyənin tanınmış iş adamı Sadettin Saranın ailəsində toy həyəcanı başlayıb.
Musavat.com xəbər verir ki, 28 yaşlı qızı Lal Saran, yanvarın 23-də nişanlandığı Tolqa İrdəmlə avqustun 23-də evlənməyə hazırlaşır.
Toy hazırlıqları davam edərkən maraqlı bir an yaşanıb. Sadettin Saran toy hazırlıqları zamanı sürpriz şəkildə ortaya çıxaraq yüksək səslə “Burada nə baş verir? Qızımı vermirəm. Toy ləğv olundu” deyib. Bu sözlər həm cütlüyü, həm də zalda olanları güldürüb.
Sadettin Saran, daha əvvəlki çıxışlarında da diqqət çəkmişdi. O, qızının nişan mərasimində “İnşallah xoşbəxt olacaqlar. Oğlan olsa adı Sadettin, qız olarsa adı Səadət olacaq” sözlərini demiş və mərasimdən sonra “Qız vermək və ya almaq fikrini sevmirəm. İndi oğlum var” sözləri ilə izləyicilərin diqqətini cəlb etmişdi.
Cütlüyün toy mərasimi bu yay Türkiyədə ən çox danışılan tədbirlərdən biri olacağı gözlənilir.
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ