İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentin qarşısında avtomobilini yandırdı - ANBAAN VİDEO

Türkiyə Böyük Millət Məclisinin Çankaya darvazasının yaxınlığında ağ rəngli Toros markalı avtomobil yandırılıb.

Musavat.com xəbər verir ki, hadisə Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının dördüncü iclasından əvvəl baş verib.

Ankara Polis İdarəsinin açıqlamasına görə, yanğın psixoloji pozğunluğu olan bir şəxs tərəfindən törədilib və hadisə yerində saxlanılıb. İlkin məlumata görə, avtomobil yanğınsöndürən qruplar tərəfindən tezliklə söndürülüb.

Polis qeyd edib ki, hadisəni törədən şəxs Mersin vilayətindən olan M.E.F.-dir və çoxlu sayda cinayət faktları ilə əlaqəli olduğu müəyyən edilib. Faktla bağlı istintaq başlanıb, şəxs nəzarətə götürülüb.

Yanğından əvvəl və sonra komissiyanın iclası plan üzrə davam edib.

Musavat.com

TBMM önünde beyaz Toros yakıldı

TBMM önünde beyaz Toros yakıldı

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR