Onlayn ictimai-siyasi qəzet
Rusiya FTX-si Udmurtiyada xüsusi təyinatlılar qatarı yandırmağı planlaşdıran Orta Asiyadan olan şəxsi saxlayıb.
Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, o, xüsusi xidmət orqanlarından verilən açıqlamaya görə, saxlanılan şəxs sosial şəbəkələrdə “Krokus Siti Holl”da terror aktını təsdiqlədiyi yazılar dərc edib.
Axtarış zamanı şübhəli şəxsdən kustar üsulla hazırlanmış yandırıcı qurğuların hazırlanması üçün hissələr və 1 ədəd mobil telefon götürülüb. FTX-nin məlumatına görə, qurğuda partlayıcı maddələrin hazırlanmasına dair təlimatlar, ehtimal edilən hücum ərazisində obyektlərin yerləşdirilməsi planı, həmçinin beynəlxalq terror qruplaşmalarının üzvləri ilə Teleqram mesajları olub.
Faktla bağlı terror aktı törətməyə hazırlıq ittihamı da daxil olmaqla cinayət işi açılıb.
P.S. Onu da edək ki, adı çəkilən qurum bir çox hallarda sırf “qara piar” məqsədilə belə xəbərlər yayır, sonra dəlil-sübut çatışmazlığı üzündən saxlanılan şəxsi azad edir, lakin bu barədə ictimaiyyətə məlumat vermir.
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ