İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan SON DƏQİQƏ AÇIQLAMASI: "Əgər Zelenski narahatdırsa..."

Moskva heç vaxt yalnız ərazilərin işğalını özünə məqsəd qoymayıb.

Musavat.com xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Krım, Donbas və Novorossiya məsələsində əsas hədəf sadəcə torpaq qazanmaq olmayıb.

Nazir onu da vurğulayıb ki, Rusiyanın əsas məqsədi rus əhalisinin müdafiəsidir.

“Əgər Ukrayna prezidenti Vladimir Zelenski konstitusiya ilə bağlı bu qədər narahatdırsa, onda orada rusların hüquqlarının qorunmasını nəzərdə tutan müddəaları da xatırlamaq lazımdır”, – Lavrov əlavə edib.

Moskva rəsmisinin açıqlaması Ukrayna böhranı ilə bağlı davam edən gərginliyin fonunda səslənib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR