İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın yerlisi separatçılara lider gətirilir

Qondarma “seçki” tamaşası hazırlanır - “quruluşçu rejissoru” kim?

Keçmiş separatçı rejimin qalıqları indi də İrəvanda özlərinə yeni “lider” seçməyə hazırlaşır. Belə ki, Samvel Şahramanyanın “səlahiyyət müddəti” başa çatdığı üçün oyuncaq “parlament” yeni kukla “prezident” seçməyə hazırlaşır.

Şahramanyanın istefasından 7 gün sonra “namizədlər” irəli sürülməlidir. Onun özü isə təzədən “başçı” olmağa tərəddüd edir. “Hraparak” nəşri yazıb ki, separatçılar arasında Samvel Babayanın “namizədliyini” irəli sürmək təklifləri olsa da, o da “başçı” olmaq istəmir.

“Yeni fiqurun adı hallanır. Söhbət (keçmiş qondarma rejimdə) ”ərazi idarəetmə və infrastruktur naziri" olmuş Hayk Xanumyandan gedir", - nəşr yazır.

H.Xanumyan 1984-cü ildə İcevan (tarixi adı Karvansaray) rayonunda doğulub. İşğal dövründə Qarabağda fəaliyyət göstərmiş separatçıların “liderləri” əsasən SSRİ vaxtı bu bölgədə doğulanlar idi. Bu baxımdan, icevanlının separatçılara “liderlik” etməsi diqqət çəkir. Digər diqqətçəkən məqam isə odur ki, Xanumyanın yerlisi - erməni baş nazir də İcevanda doğulub.

Ümumiyyətlə, Ermənistanda revanşistlər və Qarabağdan İrəvana köçmüş keçmiş erməni “liderlər” Ermənistanda fəallaşırlar. Erməni mediasının yaydığı xəbərə görə, Robert Köçəryan Ermənistanda Nikol Paşinyanı devirmək üçün Rusiya ilə aktiv əlaqələrə keçib. Vitali Balasanyan isə Kremlə 9 may ərəfəsində  müraciət edərək ermənilərin rusların tarixində əhəmiyyətli rol oynadığını bildirib və Qarabağ ermənilərinin qayıdışına kömək istəyib. Balasanyan məktubunda Qarabağ ermənilərinin hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi məsələlərini gündəmə gətirib.

Separatçı ünsürlərin bu həşiri hələ də onların əl-qolunun yığışdırılmadığından xəbər verir. Bəs bu separatçı tör-töküntülərin “evcik-evcik” oyunları hara qədər davam edəcək? Xanumyanın Şahramanyanı əvəzləməsi nəyi dəyişə bilər ki? Ən nəhayət, icevanlı birinin bu “vəzifə”yə gətirilməsində Paşinyanın rolu ola bilərmi? Nikol separatizmi altdan-altdan körükləyir?

Unudulan deputatlar: Sərdar Cəlaloğlunu infarkt həddinə çatdıran, İsa  Qəmbəri şoka salan, Etibar Məmmədova xəyal qırıqlığı yaşadan HÜQUQŞÜNAS

Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, keçmiş qondarma rejim təmsilçilərinin hələ də separatçı cinayətkar fəaliyyətlərini davam etdirmək istəmələri Ermənistan hakimiyyətinin onlara bu şəraiti yaratması ilə birbaşa bağlıdır: “Əgər belə olmasaydı 2023-cü ilin sentyabr ayında özünü buraxdığını elan edən bir ”qurum" Ermənistanda hələ də qondarma fəaliyyətinin davam etdirə bilməzdi. Düzdür, biz zaman-zaman separatçıların rəhbərinin xidməti maşınının əlindən alındığına, saytlarının bloklandığına dair məlumatlar eşidirik. Amma bütün bunlar gözə kül üfürməkdən başqa bir şey deyil. Hər kəs bilir ki, Samvel Şahramanyan və ümumiyyətlə, keçmiş qondarma rejim tör-töküntüləri birbaşa Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan tərəfindən idarə olunurlar və ondan gələn tapşırılaq əsasında hərəkət edirlər. Armen Abazyan isə Nikol Paşinyanın adamıdır. Deməli keçmiş qondarma rejimin tör-töküntlərinin qalmasında, fəaliyyət göstərməsində Nikol Paşinyanın ən azından razılığı var".

Politoloq qeyd etdi ki, qondarma quldur rejimin Ermənistanda mövcudluğunu davam etdirməsinə şərait yaradılmasında məqsəd bir tərəfdən “Qarabağ ermənilərinin hüquqları məsələsini” yenidən gündəmə gətirmək və beynəlxalq birliyin diqqətini buna yönəltmək, digər tərəfdən isə həm donor təşkilatlardan, həm də erməni diaspor təşkilatlarından əlavə maliyyə vəsaitlərini cəlb etməkdən ibarətdir. İndi Samvel  Şahramanyanın artıq yenidən “namizəd” olmaq istəməməsinin arxasında da Ermənistan hakimiyyətinin maraqları dayanır. Qarabağ ermənilərindən qarşıdan gələn seçkilərdə müxalifətin aktiv şəkildə istifadə edəcəyi məlumdur. Odur ki, indi hakimiyyətə bu kütləni öz tərəfinə çəkmək və onları idarə etmək üçün özlərinə daha yaxın olan birisinə ehtiyacları var. Separatçı rejimin yeni liderinin “seçkilərində” əsas “namizəd” olan Hayk Xanumyanın tarixi adı Karvansaray olan, ermənilərin İcevan adlandırdıqları rayondan olması və baş nazir Nikol Paşinyanın da məhz oradan olması onu deməyə əsas verir ki, Ermənistan hakimiyyəti bu kütləni müxalifətin əlindən qoparmaq üçün daha etibarlı birinə stavka etməyə hazırlaşır".

Y.Bağırzadənin fikrincə, bütün baş verənlər Nikol Paşinyanın İrəvanda “Qarabağ hərəkatı”nın davamına imkan verilməyəcəyi bəyanatının da səmimi bəyanat olmadığını növbəti dəfə təsdiqləyir: “Tam əminliklə söyləyə bilərik ki, separatçılığın körüklənməsində Ermənistan hakimiyyəti birbaşa iştirak edir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR