İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda süni intellekt tətbiq ediləcək - 2141 məmur işdən çıxarılacaq

Özbəkistanda 2000-dən çox dövlət məmurunun genişmiqyaslı ixtisarı elan edilib. Musavat.com yerli mediaya istinadla xəbər verir ki, onların işlərini süni intellekt sistemləri əvəz edəcək.

Bildirilir ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev dövlət orqanlarında süni intellektin tətbiqi ilə bağlı fərman imzalayıb. Sənəd “Respublika icra hakimiyyəti orqanlarının fəaliyyətində rəqəmsallaşma yolu ilə inzibati vəzifələrin sayının optimallaşdırılması tədbirləri haqqında” adlanır.

Sərəncama əsasən, oktyabrın sonunadək respublikanın icra hakimiyyətlərində 2141 vəzifə ləğv ediləcək. Ən böyük ixtisar Vergi Komitəsində (498 vəzifə) baş verəcək. Su Təsərrüfatı Nazirliyində 224, Kənd Təsərrüfatı Nazirliyində 200, Ədliyyə Nazirliyində isə 197 vəzifə boşalacaq.

Bundan əlavə, Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişiklikləri Nazirliyində 176 vəzifə ixtisar ediləcək. Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyi 163 əməkdaşını itirəcək. Bütün bu funksiyalar qismən süni intellekt sistemlərinə ötürüləcək ki, bu da hesabatların, sənədlərin idarə edilməsinin və analitikanın avtomatlaşdırılması üçün istifadə olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR