İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Qəzza zolağından qoşunların qismən çıxarılması üçün hazırlıqlara başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Ordu açıqlamasında bildirilir ki, bu addım HƏMAS-la əldə olunan atəşkəs razılaşması çərçivəsində həyata keçiriləcək:
“Siyasi rəhbərliyin göstərişlərinə və mövcud vəziyyətin qiymətləndirilməsinə əsasən, razılaşmanın icrasına dair əməliyyat hazırlıqları başlanıb”, – deyə bəyanatda qeyd olunur.
Qeyd edək ki, Trampın vasitəçiliyi ilə əldə olunan Qəzza razılaşması bölgədə döyüşlərin dayandırılmasını və İsrail qoşunlarının mərhələli şəkildə geri çəkilməsini nəzərdə tutur.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ