Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 9-na keçən gecə Rusiya hərbçiləri Odessa vilayətinə pilotsuz uçan aparatla zərbə endirib və nəticədə limanlardan birində güclü yanğın baş verib.
Musavat.com xəbər verir ki, hücum nəticəsində yaralananlar var.
Odessa Vilayət Prokurorluğunun məlumatına görə, hücum Çornomorsk şəhərini hədəf alıb. Elektrik qurğularına və liman infrastrukturuna ziyan dəyib, yanğın yaşayış binalarına keçib. Dörd kənd işıqsız qalıb, beş nəfər xəsarət alıb.
Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, yanğın limanın ərazisində baş verib, bitki yağı qabları, nəqliyyat vasitələri və yanacaq qranulları yanıb.
İqbal RZAYEV,
Musavat.com
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ