Onlayn ictimai-siyasi qəzet
“Bakı Metropoliteni” QSC-də əməkhaqqı ödənişləri Cəmiyyətin təsdiq edilmiş büdcəsi çərçivəsində, əməkhaqqı fondunun ayrılmış məbləğinə uyğun olaraq plan üzrə və tam həcmdə həyata keçirilir.
Musavat.com xəbər verir ki, bu barədə QSC-dən bildirilib.
Qeyd edilib ki, ödənişlərin icrası əmək müqavilələrinin şərtlərinə və əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə təmin olunur:
“Prezidentin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Sözügedən Sərəncamın icrasından irəli gələrək, “Bakı Metropoliteni” QSC tərəfindən cari ilin yanvarın 1-dən etibarən müvafiq tədbirlər həyata keçirilib, minimum əməkhaqqında edilən dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq əməkdaşların əməkhaqqına tətbiq edilib. Hazırda Bakı Metropolitenində əmək haqqı qanunvericiliyin tələblərinə tam uyğundur və qurumun ödənilməmiş əmək haqqı öhdəliyi yoxdur".
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ