İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail və HƏMAS hələ sülh sazişini imzalamayıb – Reuters

İsrail ilə HƏMAS arasında sülh planının birinci mərhələsinə dair saziş hələ imzalanmayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, tərəflər arasında sənədin imzalanması 9 oktyabr saat 12:00-da gözlənilir.

Məlumata əsasən, saziş imzalandıqdan 24 saat sonra İsrail ordusunun Qəzza zolağından mərhələli şəkildə çıxarılması prosesi başlayacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanan sülh planı Qəzza bölgəsində atəşkəsin təmin olunması və HƏMAS-ın tədricən silahsızlaşdırılmasını nəzərdə tutur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR