İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahmud Abbas: “Qəzza üzərində suverenlik Fələstin dövlətinə məxsusdur”

Fələstin Prezidenti Mahmud Abbas Qəzza ilə bağlı əldə olunan sülh razılaşmasından sonra ABŞ Prezidenti Donald Trampa, həmçinin Qətər və Misirə vasitəçilik səylərinə görə təşəkkür edib.

Musavat.com xəbər verir ki, Abbas Qəzza və İordan çayının qərb sahilinin vahid idarəetmə altında birləşdirilməsinin vacibliyini vurğulayıb.

Fələstin lideri bəyan edib ki, razılaşmanın bütün bəndləri dərhal yerinə yetirilməlidir. Onun sözlərinə görə, tərəflər bütün girov və əsirlərin azad edilməsini, BMT strukturları vasitəsilə təcili humanitar yardımın çatdırılmasını, deportasiyaların və ilhaq cəhdlərinin qarşısının alınmasını, eləcə də bərpa prosesinin başlanmasını təmin etməlidirlər.

Mahmud Abbas əlavə edib ki, Qəzza üzərində suverenlik Fələstin dövlətinə məxsusdur və Qərb sahili ilə Qəzza arasındakı əlaqə Fələstin qanunları və dövlət institutları vasitəsilə bərpa olunmalıdır.

O, bu prosesin vahid idarəetmə, təhlükəsizlik qüvvələri və hüquq sistemi çərçivəsində, ərəb və beynəlxalq tərəfdaşların dəstəyi ilə həyata keçiriləcəyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR