Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin nümayəndə heyətinin gələn həftənin əvvəlində ABŞ-a səfər edəcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, nümayəndə heyətinə birinci vitse-prezident Yuliya Sviridenko, həmçinin Prezident Aparatının rəhbəri Andrey Yermak və prezidentin sanksiya siyasəti üzrə səlahiyyətli nümayəndəsi Vladislav Vlasyuk daxildir.
Zelenski səfərin əsas mövzularını havadan müdafiə sistemi, enerji məsələləri, sanksiyalar və danışıqlar prosesi olaraq qeyd edib. O həmçinin vurğulayıb ki, ABŞ-dakı dondurulmuş aktivlərin mövzusu da müzakirə ediləcək.
Musavat.com
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ