Onlayn ictimai-siyasi qəzet
Hindistan yaxın üç gün ərzində Pakistana zərbə endirməyi planlaşdırır.
Musavat.com REN TV-yə istinadən xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar aprelin 29-da bildirib.
“Pakistanın əlində Hindistanın önümüzdəki 24–36 saat ərzində zərbə endirmək niyyətində olduğuna dair etibarlı məlumatlar var. Hindistan bu məqsədlə Pahalgamda baş vermiş insidenti saxta bəhanə kimi istifadə etməyi planlaşdırır”, – deyə Tarar "X" sosial şəbəkəsində yazıb.
Pakistanın müdafiə naziri Xavaca Asif də aprelin 29-da verdiyi açıqlamada, Nyu-Dehlidən gələn ritorikanı nəzərə alaraq Hindistan və Pakistan arasında gərginliyin artması ehtimalını istisna etmədiyini bildirib.
Bununla belə, nazir hər iki ölkənin nüvə silahına malik olduğunu vurğulayıb və vəziyyətin ekstremal həddə çatmayacağına ümid etdiyini ifadə edib.
Xatırladaq ki, Hindistan və Pakistan arasında münasibətlər 22 aprel tarixində Hindistanın Kəşmir bölgəsinin cənubunda baş vermiş terror aktından sonra kəskinləşib. Hadisə nəticəsində 27 nəfər həyatını itirib. Hücuma görə məsuliyyəti Pakistandan müttəfiq əraziyə daxil olmuş “Müqavimət Cəbhəsi” adlı qruplaşma öz üzərinə götürüb.
Aprelin 24-də isə məlum olub ki, Hindistan Pakistanla atəşkəs sazişindən çıxmaq imkanını nəzərdən keçirir.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ