İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu Trampı təbrik etdi – “Tarixi nailiyyət” adlandırdı

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa zəng edib.

Musavat.com xəbər verir ki, tərəflər “HƏMAS”ın əlində saxlanılan bütün israilli girovların azad olunması ilə bağlı əldə edilən razılaşmanı “tarixi nailiyyət” adlandırıblar.

İsrail hökumət başçısının ofisindən verilən açıqlamaya görə, Netanyahu və Tramp sosial şəbəkə X vasitəsilə yayılan məlumatda bir-birini təbrik ediblər.

Söhbət zamanı tərəflər Qəzzada sülhün bərqərar olması və razılaşmanın tam icrası istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR