İnsanlara hürriyət, millətlərə istiqlal!

“Narkotik istifadəçisi deyiləm, amma…” – Nicat üzr istədi

Müğənni Nicat Məhərrəmli Xatirə İslamın onun adından insanlardan pul aldığını, adamları aldatdığını iddia etməsinə aydınlıq gətirib.

Musavat.com xəbər verir ki, Nicat məsələ ilə bağlı video açıqlama yayıb.

"Xatirə İslamın üzərimdə əməyi böyükdür. Mənə maddi və mənəvi dəstək olub. Səhv hərəkətimlə bağlı Xatirənin şəxsiyyətinə ziyan vuracaq bir şey etmişəm və buna görə üzr istəyirəm. Ona sayğım böyükdür, belə də davam edəcək.

Pis vərdişlər kəliməsi yanlış anlaşılıb. Əgər siz düşünürsünüzsə, pis vərdiş narkotikdir, yalandır. Bu yaşıma qədər heç vaxt narkotik istifadə etməmişəm. 36 yaşım var, hazıram analiz verib, sübut etməyə. Aludəçilik dedikdə, spirtli içki deyilib. Bu da ağır günlərimə görə olub. Bununla fəxr etmirəm, yanlışdır. Amma depressiyada olmuşam və istifadə etmişəm", - deyə Nicat bildirib.

Xatirə İslam isə Nicatın video açıqlamasına şərh yazaraq qeyd edib:

"Həyatda ən böyük arzularımdan biri də səni səhnədə, efirdə görməkdir. İnanıram ki, sən o videomdan bir nəticə çıxarıb, məni sevindirəcəksən. Bu günə qədər elədiyin bütün xoşagəlməz nələr var idisə, onların hamısını silib yeni həyata başlamağı arzu edirəm. Sənə pis nəsə arzu edə bilmərəm".

Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR