Onlayn ictimai-siyasi qəzet
“Metsamor Atom Elektrik Stansiyasının (AES) radioaktiv tullantılarının Kür və Araz çayına axıdılması ilə bağlı iddialar əsassızdır. Bununla bağlı biz işğaldan azad olunmuş ərazilərdə və bəzi transsərhəd çaylarında radioloji sınaq işləri, habelə radioekoloji monitorinqlər aparırıq”.
Bu barədə “Yeni Müsavat”ın sorğusuna cavab olaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentiyinin Nüvə Tədqiqatları Departamentindən bildirilib.
Qurumdan qeyd edilib ki, aparılan radioloji və radioekoloji tədqiqatların hesabatları aidiyyəti dövlət qurumlarına təqdim edilir:
“Bu vaxta qədər apardığımız tədqiqatlar sözügedən faktı təsdiq etməyib. Qeyd edək ki, bu prosesi izləyən, ölçə bilən səyyar və stasionar avadanlıqlarımız mövcuddur. Aidiyyəti dövlət qurumları tərəfindən də sözügedən transsərhəd çaylarında müvafiq analizlər aparılır. Əhaliyə müraciət edərək bildirmək istərdik ki, çaylarımıza radioaktiv tullantıların axıdılması ilə bağlı narahatlığa əsas yoxdur”.
Qeyd edək ki, “Yeni Müsavat”ın “Metsamor AES-in radioaktiv tullantıları Araza axıdılır” iddiası adlı yazısında bu məsələyə toxunulub.
Afaq Mirayiq,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ