İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizlə qətlə yetirilən Ədillə bağlı ŞOK FAKTLAR: Arvadı illərdir ölümlə təhdid edirmiş

Bakının Binəqədi rayonunda baş verən qətldə öldürülən şəxs bir müddət əvvəl həyat yoldaşı ilə canlı efirə çıxıbmış.

Musavat.com Xəzər TV-yə istinadən məlumat verir ki, Ədil Məhərrəmovun ailədaxili problemləri olub.

Belə ki, o, boşanmaq istədiyini yoldaşı Nuranəyə bildirdikdə, ölümlə hədələnib:

"Bu qadın məndən əl çəkmir. Onunla 2019-cu ildə kafedə tanış olmuşuq, ofisiant işləyirdi. "Sənə maşın, ev alaram" vədləri ilə məni aldadaraq, kəbin kəsdirməyə getdik. Bir müddət sonra övladımız dünyaya gəldi. Anamın evinə getməyə belə icazə vermir, polislə hədələyir. Mənim dediyim olmasa, səni öldürərəm deyirdi. Nuranənin övladlarından xəbərim olmayıb, sonradan öyrənmişəm. Gizlin iş görmüşdüm. Qız ortaya çıxanda, valideynlərimə dedim ki, ailə qurmuşam. 2020-ci ildə xəbərim olmadan mənə sənəd imzaladıb. 17 il boşanmamaq şərti ilə aliment ödəməliyəm. Məni məhkəməyə də çağırmayıblar, imza da atmamışam. Pis vərdişləri var. O məni anamın yanında döyüb. Mən ona əl vurmaq istəyəndə qaçır polisə, təhqir edir", - deyə Ə.Məhərrəmov bildirib.

Ədil Məhərrəmovun anası isə qeyd edib ki, elçi gedib, səhəri gün belə halların olduğunu eşidib:

"Nuranənin qarşısını kəsib demişəm ki, mən oğluma toy etmək istəyirəm. Mənə dedi ki, sənə ancaq oğlunun meyitini verə bilərəm".

Efirdə hətta iddia edilib ki, Ədilin arvadı da keçmiş ərini bıçaqlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR