Onlayn ictimai-siyasi qəzet
Yardımlıda məktəbliyə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb.
Musavat.com xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
O bildirib ki, zərərçəkmiş 8-ci sinif şagirdi olub və iş üzrə 4 təqsirləndirilən şəxs artıq həbsdədir:
"Bundan başqa, azyaşlının anasına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-ci (Yetkinlik yaşına çatmayan şəxsi fahişəliyə cəlb etmə, pornoqrafik tamaşalarda iştirak və ya əxlaqsız hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilənlər arasında məktəbli qızın ögey atası da var. Uşaqların bioloji atasının öldüyü bildirilir.
Başqa şübhəlilər də var. Azyaşlı qurban reabilitasiyadan keçəcək və sığınacağa yerləşdiriləcək".
İlkin məlumata görə, ana qızını kişilərə satıb. Ən dəhşətlisi isə odur ki, azyaşlıya qarşı törədilən cinayətdə rayonda tanınmış şəxslərin əli olub. Sonuncuların adları hələ istintaqın maraqları baxımından açıqlanmır.
Musavat.com
18 Aprel 2025
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ