İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə dərs zamanı telefon QADAĞAN OLUNACAQ? - Nazirdən AÇIQLAMA

Məktəblərdə telefon qadağası məsələsinə aydınlıq gətirilib.

Musavat.com Trend-ə istinadən bildirir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinq zamanı deyib.

Nazir qeyd edib ki, ötən ildən şagird davranış qaydaları təsdiq edildi.

"Hazırda məktəbə telefon gətirməyi qadağa edən norma yoxdur. Məktəbin daxili qaydasında bu ola bilər. Bu ilin sonuna bir sıra davranış qaydaları tənzimlənməlidir. Telefon şagirdin əmlakıdır onu almaq harasa qoymaq üzərində düşünülür. Telefon qadağasını qayda olaraq rəsmiləşdirmək niyyətindəyik. Dərs zamanı telefon istifadəsi olmaz",- deyə nazir əlavə edib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin media üçün brifinq keçirir. Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev çıxış edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR