İnsanlara hürriyət, millətlərə istiqlal!

Latviya Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Musavat.com AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Əminəm ki, birgə səylərimizlə Latviya və Azərbaycan arasında yaxşı və konstruktiv münasibətlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf etməkdə davam edəcəkdir. İnanıram ki, bizim sağlam dialoqumuzun davamlı inkişafı ölkələrimiz və xalqlarımızın uzunmüddətli maraqlarına xidmət edəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, enerji və ali dövləti vəzifənizin icrasında uğurlar, həmçinin ölkənizə və onun xalqına sülh və firavanlıq arzulayıram".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR