Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bəzi KİV və bloqerlərin AZAL təyyarəsinin qəzası ilə bağlı sığorta ödənişlərinin verilməməsi barədə məlumatını dezinformasiya adlandırıb.
Nazirliyin açıqlamasında bildirilib ki, Azərbaycan aviaşirkətinə təyyarə üçün guya 1 milyard 3 milyon rubl sığorta ödənişi edilib, həmçinin qəza nəticəsində həlak olan və yaralanan sərnişinlərin ailələrinə ümumilikdə 358,4 milyon rubl ödənilib. XİN-in məlumatına görə, Rusiya vətəndaşlarından 15 nəfərdən 7-si üzrə, Azərbaycan vətəndaşlarından 38 nəfərdən 35-i üzrə, Qırğızıstan vətəndaşlarından 3 nəfər üzrə, Qazaxıstan vətəndaşlarından isə 6 nəfərdən yalnız 1-i üzrə ödənişlər həyata keçirilib.
Nazirlik bu məlumatı əsas gətirərək faciə ilə bağlı yazılanların guya yalan və siyasi manipulyasiya olduğunu iddia edib. Lakin əslində Rusiya XİN-in açıqlaması manipulyasiya və həqiqətlərin təhrifidir. Sözügedən ödənişlər AZAL təyyarəsinin qəzasına görə Rusiya dövlətinin verdiyi kompensasiya deyil, sərnişinlərin fərdi sığorta müqavilələri əsasında ödənilən məbləğlərdir. Fakt odur ki, Rusiya qəzanın məsuliyyətini qəbul etməyib və birbaşa faciə üzrə kompensasiya ödəməyib. Yəni ödənişlərin qaynağı sərnişinlərin şəxsi, təyyarənin isə korporativ sığortasıdır. Buna görə də Rusiya XİN-in “1 milyardlıq sığorta ödənişi” açıqlaması sadəcə saxta görüntü yaratmaq və məsuliyyəti gizlətmək məqsədi daşıyır. Ekspertlər bunu Kremlin tipik informasiya təbliğatı kimi qiymətləndirir, faciədən siyasi məqsədlərlə istifadə etmək və ictimai rəyi çaşdırmaq cəhdi adlandırırlar.
Musavat.com -un qısa şərhi:
Əslində Rusiya XİN-in açıqlaması manipulyasiya və həqiqətlərin təhrifidir. Sözügedən ödənişlər AZAL təyyarəsinin qəzasına görə Rusiya dövlətinin verdiyi kompensasiya deyil, sərnişinlərin fərdi sığorta müqavilələri əsasında ödənilən məbləğlərdir. Fakt odur ki, Rusiya qəzanın məsuliyyətini qəbul etməyib və birbaşa faciə üzrə kompensasiya ödəməyib. Yəni ödənişlərin qaynağı sərnişinlərin şəxsi, təyyarənin isə korporativ sığortasıdır. Buna görə də Rusiya XİN-in “1 milyardlıq sığorta ödənişi” açıqlaması sadəcə saxta görüntü yaratmaq və məsuliyyəti gizlətmək məqsədi daşıyır. Ekspertlər bunu Kremlin tipik informasiya təbliğatı kimi qiymətləndirir, faciədən siyasi məqsədlərlə istifadə etmək və ictimai rəyi çaşdırmaq cəhdi adlandırırlar.
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ