İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putinin İlham Əliyevə əl uzadaraq görüşməsi suçlu tərəfin ilk addımıdır...”

“Rusiya və Azərbaycan arasında münasibətlərin gərgin atmosferdən normal sferaya gətirilməsi üçün Rusiya prezidenti Vladimir Putinin Pekində Azərbaycan Prezidenti İlham Əliyevə birbaşa yaxınlaşaraq, əl uzadaraq görüşməsi sözsüz ki, böyük jestdir və həmçinin suçlu tərəfin qaydalara uyğun olaraq atdığı ilk addımı kimi də qəbul edilə bilər”.

Bu sözləri Musavat.com-a politoloq Çingiz Şahbazi deyib.

Rusiyanın “üç meymun” siyasəti: görmür, eşitmir...

“Putinin bu hərəkətini iki ölkə arasında Rusiya mətbuatının şəkilləndirdiyi, münasibətləri son həddə çatmış kimi göstərməyin tam əksinə olaraq, münasibətlərdə gərginliyi azaltmaq məqsədilə və dialoq üçün yer qaldığını göstərən təşəbbüs kimi də qəbul etmək olar",-deyə politoloq bildirib.

Çingiz Şahbazi daha sonra bildib ki, yaxın gələcəkdə münasibətlərin qurulması və bərpası istisna olaraq görünmür: "Rusiya prezidentinin Azərbaycanla bağlı jurnalistlərə verdiyi açıqlamasına diqqət yetirsək, görərik ki, açıq aydın şəkildə Putinin İlham Əliyevlə görüşmək arzusunda olduğu niyyəti olub və əlbəttə ki, şəxsi keyfiyyətləri və digər səbəblərdən dolayı bunu etməyib. Bəlkə də, bunu qarşı tərəfin mövqeyini bir daha sınaq etmək üçün edib. Amma, Azərbaycan prezidenti İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasət və onun qarşısında Rusiya kimi böyük dövlət olmasına rəğmən dik duruşu və cəsarətli mövqeyi əlbəttə ki, tam yerinə oturmuş mövqedir və inanıram ki, Putin bunu anlamamış deyil. Bu səbəbdən demək olar ki, artıq normallaşma dövrü başlandı və ilkin şərtlər səsləndirilib. Yaxın gələcəkdə münasibətlərin qurulması və bərpası istisna olaraq görünmür”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR