İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryan TƏSDİQLƏDİ: Ermənistanın KTMT-yə üzvlüyü dondurulub

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü dondurulub”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” partiyasından olan deputatı Andranik Köçəryan jurnalistlərlə söhbətində təsdiqləyib.

Köçəryan bu məsələnin detallarını açıqlamaqdan imtina edib.

Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının “dondurulması” ilə bağlı bəyanatına cavab verib. Moskva İrəvandan bu məsələ ilə bağlı ikitərəfli qaydada hərtərəfli aydınlıq gətirilməsini istəyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR