İnsanlara hürriyət, millətlərə istiqlal!

Kərəmin adından rusiyalı qadınla yazışıb 200 min aldılar

Rusiya vətəndaşı özünü məşhur türk aktyoru Kərəm Bürsin kimi təqdim edən fırıldaqçı tərəfindən aldadılıb.

Axşam.az rus mediasına istinadən xəbər verir ki, Moskva sakini olan kitabxanaçı qadın bu səbəbdən iki milyon rubl itirib. O, pərəstişkarı olduğu aktyorun ona başqa hesabdan yazdığını düşünüb. Əsl aktyorla ünsiyyətdə olduğuna inanan kitabxanaçı saxta Kərəmə İstanbuldan Moskvaya əşyalar olan konteynerin göndərilməsi üçün pul verib. Fırıldaqçı təzminat olaraq qadına bağlamadan istənilən əşyanı özü üçün seçib götürə biləcəyini təklif edib.

Belə ki, qadın ona göndərilən hesaba dəfələrlə pul köçürüb. Lakin məbləğ iki milyon rubla çatanda saxta Kərəm qəfildən yoxa çıxıb. Bundan sonra qadın aldadıldığının fərqinə varıb və polisə müraciət edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR