İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda kömür mədəni partlayışı ilə bağlı DƏHŞƏTLİ FAKTLAR

Sentyabrın 23-də İran hakimiyyəti kömür mədəni partlayışında 38 nəfərin həlak olduğunu, 14 nəfərin mədəndə qaldığını açıqlayıb.

Bir gün öncə isə 51 nəfərin öldüyü açıqlanmışdı. İran dövlət televiziyası sentyabrın 21-də Təbəsdə mədən partlayışına metan qazı sızmasının səbəb olduğunu bildirib.

Dağıntılar altında qalanların xilas edilməsi işləri çətin gedir, çünki mədəndə metan qazının səviyyəsi yüksək olaraq qalır. Bunu Təbəsin yerləşdiyi Cənubi Xorasan vilayətinin qubernatoru Cavad Qənaət deyib.

Daxili işlər naziri İskəndər Mömini sentyabrın 22-də bildirib ki, xilasedicilər mədəndə qalanlardan 400 metr aralıdadır.

İnsidentlə bağlı araşdırma başladılıb, amma hələlik, həbs edilən yoxdur. Vilayət prokuroru deyib ki, rəsmi orqanlar partlayışın səbəbini daha yaxşı anlamaq üçün ekspert rəyini gözləyirlər.

Cənubi Xorasanda üçgünlük matəm elan edilib.

Qeyd edək ki, bu, İranın mədən sənayesində ilk partlayış deyil.

Ötən il şimaldakı Damğan şəhərində mədən partlayışında altı nəfər həlak olub.

2021-ci ilin mayında isə həmin ərazidə uçqunda iki mədənçi ölüb.

2017-ci ildə İranın şimalında Azadşəhr şəhərində partlayışda 43 şaxtaçı həlak olub.

Adətən, qəzalara təhlükəsizlik standartlarında boşluqlar, fövqəladə xidmətlərin qeyri-adekvatlığı səbəb göstərilir./Azadlıq Radiosu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR