Onlayn ictimai-siyasi qəzet
Bu gün, sentyabrın 24-də Ermənistan Respublikasının Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamənin konstitusiyaya uyğunluğu məsələsinə yazılı şəkildə baxacaq.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.
Xatırladaq ki, avqustun 30-da Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzaladığı barədə məlumat yayıb.
Sənədə əsasən, İrəvan və Bakı 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq delimitasiya aparmağa razılaşıblar, lakin bu əsas yekun deyil.
Reqlamentdə qeyd olunur ki, gələcəkdə sülh sazişi qəbul edildikdən sonra proses müxtəlif prinsiplər əsasında aparıla bilər. Reqlament 7 maddədən ibarətdir, əsasən proseslə bağlı texniki məlumatlar, ümumi tərtibatlar. Məsələn, 4-cü maddədə sərhədlərin optimallaşdırılmasının mümkünlüyü qeyd olunur.
Sentyabrın 5-də Ermənistan hökuməti sənədin ratifikasiyasını təsdiqləyib. Həmin gün o, Konstitusiya Məhkəməsinə göndərilib. Konstitusiya Məhkəməsinə müsbət cavab verildikdən sonra sənəd ratifikasiya üçün parlamentə göndəriləcək.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ