Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşüb.
Musavat.com xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Görüş zamanı Pezeşkian deyib ki, İran heç vaxt Rusiyaya ballistik raketlər verməyib.
Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında gedən müharibədə İran yalnız münaqişəni dayandırmaq və sülhü bərqərar etmək istəyir.
İran prezidenti həmçinin bildirib ki, İran heç bir şəkildə nüvə silahına sahib olmaq istəməyib və buna cəhd də etmir.
Pezeşkian qeyd edib ki, ölkəsi regionda və bütün dünyada sülh və təhlükəsizliyin bərqərar olması və möhkəmləndirilməsinə yönəlmiş hər hansı hərəkəti alqışlayır və dəstəkləyir.
Ş.Mişel qeyd edib ki, Aİ Pezeşkianın seçilməsinə İran-Aİ danışıqlarının bərpası üçün yeni fürsət kimi baxır:
"Biz İranın Fələstin məsələsində, Ukraynadakı münaqişələrdə və nüvə məsələsində razılığın əldə olunmasında konstruktiv rol oynamasını istəyirik".
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ