İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa Bəyannaməsini unudanlar onu bir də oxumalı olacaq! – Bakıda KRİTİK görüş

Türkiyənin hərbi rəhbərliyi tam heyətdə Bakıdadır. Xəbər verildiyi kimi, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu ölkəmizə gəlib.

YASAR.jpg (104 KB)

Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyə nümayəndə heyəti “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Bakıya təşrif buyurub. “Səfər çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycanın qardaş ölkə ilə hərbi əməkdaşlığının perspektiv imkanlarının daha da genişləndirilməsinə dair müzakirələrin aparılması nəzərdə tutulub”...

Şübhə yox ki, bu, sırf “ADEX” Müdafiə Sərgisi ilə bağlı ziyarət deyil. Gündəmdə digər, qat-qat ciddi hədəflər və mövzular var. Hər halda, qardaş ölkədən belə ən yüksək səviyyəli hərbi nümayəndə heyəti çox nadir hallarda Azərbaycana gəlir. Bu da ikitərəfli hərbi əməldaşlığa verilən böyük önəmin təsdiqi olmaqla yanaşı, heç şübhəsiz, bölgəmiz və onun ətrafında cərəyan edən təhlükəli proseslərlə, o sırada axır vaxtlar artan müharibə riskləri və Ermənistanın sülhdən yayınaraq sürətlə silahlanması ilə birbaşa bağlıdır.

Nə barədə ki, Prezident İlham Əliyev türkiyəli generalların səfərindən bir gün qabaq Milli Məclisin yeni tərkibdə ilk iş günündə etdiyi çıxışda açıq və sərt şəkildə danışıb, Qərbə son mesajlarını çatdırıb. O sırada Prezident kapitulyant Ermənistanda hakimiyyət də daxil, revanşist qüvvələrin baş qaldırdığını, İrəvanın sülh istəmədiyini və ədalətli sülh müqaviləsindən yayındığını, hər vəchlə silahlanma üçün vaxt uzatdığını diqqətə çatdırıb. Ölkə lideri bu xüsusda həmçinin Azərbaycan qarşısında duran 1 nömrəli vəzifənin hərbi qüdrətimizi durmadan artırmaq olduğunu bildirib...

Təbii, ölkəmizə qarşı yeni revanşist planlar qurduğu artıq şəkk-şübhə doğurmayan İrəvan axmaqlıq edib üstümüzə gəlməzdən öncə öz havadarları ilə birgə iki-üç dəfə düşünməli, Şuşa Bəyannaməsini yenidən oxumalı olacaqlar. Bu mənada Türkiyə hərbi rəhbərliyinin Bakı səfəri eyni zamanda, düşmən və rəqiblərə mesaj xarakteri daşıyır. Bədxahlar, anti-Türk çevrələr qulaqlarında bunu da sırğa eləsinlər: Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür. Hərgah, biz Ermənistanın dərsini təkbaşına da verə bilərik. 44 + 1 günlük Vətən savaşındakı kimi.

Erməni tərəfi onu da unutmasın ki, Prezidentin qeyd elədiyi kimi, Azərbaycan artıq müasir hərbi sənaye kompleksinə malik ölkə kimi indi həm də onlarla ölkəyə silah ixrac edən dövlətdir. Yəni silahlanma yarışında bu cırtdan ölkənin bizimlə ayaqlaşması qeyri-mümkün. Azərbaycan yerində saymır ki, Ermənistan hərbi cəhətcə gəlib bizim səviyyəyə çata bilsin...

Ermənistana verilən bəzi Qərb silahlarına gəlincə, enində-sonunda onların da yeri ən yaxşı halda Bakıdakı Hərbi Qənimətlər Parkı olacaq. Qoy bu haqda da haylar oturub yaxşı-yaxşı düşünsünlər. Nəhayət, yaddan çıxarmasınlar ki, “nə qədər mamaça da olsa da güc doğana düşəcək”. Ayrı sözlə, heç kim gəlib Ermənistanla birgə Azərbaycana qarşı savaşmayacaq. Əks halda, qarşılarında 80 milyonluq Türkiyəni görəcəklər. NATO-da ikinci güclü orduya sahib dövləti.

Odur ki, son zamanlar “iki-üç stul”da oturmağa çalışan N.Paşinyan hökuməti sülh demaqogiyasındansa, Bakı ilə nə qədər tez 5 məlum baza prinsipi əsasında danışıqlara qayıdıb, Azərbaycanın şərtləri əsasında sülh müqaviləsi imzalasa, özləri üçün daha yaxşı olar. Yoxsa Nikolun təbliğ etdiyi 29.7 min kv km-lik “real Ermənistan”dan da bir şey qalmayacaq...

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR