İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölgədə dinc birgəyaşayışı kimlər əngəlləyir – ilginc faktlar

Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ işğaldan azad edilib, suverenliyimiz, ərazi bütövlüyümüz tam təmin olunub, Qarabağda hər yerdə Azərbaycan bayrağı dalğalanır. Hazırda Qarabağda sürətli abadlıq-quruculuq işləri həyata keçirilir.

Habelə, dövlətimizin qarşısında dayanan, prioritet elan olunmuş növbəti mərhələ Böyük Qayıdış planının icrasıdır. Artıq Zəngilan, Füzuli, Şuşa, Laçına, Xocavəndə keçmiş məcburi köçkün ailələri köçürülüb. Proses sürətlə icra olunur. Bəllidir ki, Qarabağda erməni əsilli vətəndaşların da yaşaması məsələsi də müzakirə mövzusudur. Habelə, Qərbi azərbaycanlıların da tarixi yurdlarında yaşamaq haqqı var. Bu səbəbdən bölgədə dinc birgəyaşayışın təşviqi ciddi məqsəd kimi qarşımızda dayanır. Belə bir həssas məqamda bəzi anti-Azərbaycan qüvvələr Azərbaycanın guya birgəyaşayışa imkan verməməsi kimi böhtanlar yağdırırlar. Bu yanlış fikirləri ifşa etmək məqsədilə “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Qeyri hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dinc birgəyaşayış təşəbbüsləri: Hüquqlar, təcrübə - mediada və sosial şəbəkələrdə böyük təbliğat kampaniyası” adlı layihə icra edir.

Layihə çərçivəsində bu məsələyə dair İctimai Birliyin icraçı direktoru Elşad Məmmədli və tarixçi, jurnalist, multikultural dəyərlərin təbliğatçısı Niyaz Niftiyevlə birlikdə Musavat.TV-də geniş müzakirə aparılıb.

https://www.youtube.com/watch?v=Kfn6cqwuCqk


Musavat.com həmin verilişi təqdim edir:


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR