Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyasının müdafiə nazirinin keçmiş müavini Timur İvanovun işi çərçivəsində 82 min kvadratmetr torpaq sahəsinə, 2,5 min kvadratmetr sahəli bağ evinə, Tver vilayətində yerləşən 420 kvadratmetr sahəyə malik hamama həbs qoyulub.
Musavat.com xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər agentliyi məhkəmə sənədlərinə istinadən xəbər verir.
Məlumata görə, bütün bu əmlak bu işdə təqsirləndirilən Sergey Borodinin rəhbərlik etdiyi “Voljski Bereq” MMC-yə məxsusdur.
Daşınmaz əmlakın qiymətləndirilməsi məlumat bazalarından alınan informasiyaya görə, bir torpaq sahəsinin kadastr dəyəri ən azı 44 milyon rubl, bir ev isə 38,6 milyon rubl təşkil edir.
Sentyabrın 19-da Basmannı rayon məhkəməsi Timur İvanovun həbs müddətini üç ay uzadıb. O, yazda xüsusilə külli miqdarda rüşvət almaqda ittiham edilərək həbs edilib. Ümumilikdə, 2018-ci ildən 2023-cü ilə qədər İvanovun aldığı rüşvətin məbləği, müstəntiqlərin fikrincə, 1,185 milyard rubl təşkil edib.
Generalı 15 ilə qədər həbs gözləyir. O, günahını etiraf etməyib. Hazırda İvanovun, həyat yoldaşının, keçmiş arvadının və beş uşağının bütün əmlakına həbs qoyulub.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ