İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Ruslar BU şəhərə girdi, Zelenskidən Putinə ŞOK sözlər - Elxan Şahinoğlu ilə CANLI

Rusiya hərbçiləri Uqledar istiqamətində cinahı yara biliblər. Ukrayna Teleqram kanalları məlumat yayıb. “Ruslar şərqdən şəhərin ətrafına daxil olublar.

Heç bir güclü hücum olmayıb, yalnız kiçik hücum qrupları şəhərə soxulub. Hazırda ruslar mövqelərini möhkəmlədə bilməyiblər, lakin vəziyyət ağırdır”, - məlumatda qeyd olunub.

“Düşünürəm ki, biz sülhə düşündüyümüzdən daha yaxınıq. Müharibənin sonuna yaxınlaşırıq”. Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Qələbə planı Ukraynanın güclənməsidir. Ona görə də biz dostlarımızdan, müttəfiqlərimizdən bizi gücləndirmələrini xahiş edirik. Bu, çox vacibdir”, - Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Kursk əməliyyatından qorxur: “Bu, həqiqətdir. O, çox qorxur. Niyə? Çünki adamları gördülər ki, o öz ərazisini qoruya bilmir”.

TVMusavat-ın bu gün saat 11:30-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu analitik Elxan Şahinoğlu ilə münaqişə zonalarını və Cənubi Qafqazı müzakirə edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR